Gəncədə maşın vuran piyada  xəstəxanada öldü  -YENİLƏNİB
31 iyul 2022 09:18 (UTC +04:00)

Gəncədə maşın vuran piyada xəstəxanada öldü -YENİLƏNİB

Gəncədə yol qəzasında ölən piyadanın kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs 1970-ci il təvəllüdlü Cəlil Cənnətovdur.

Faktla bağlı araşdırma aparılır.

***

saat 03.15

Gəncədə avtomobilin vurduğu piyada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Piyada xəstəxanaya aparılsa da orada dünyasını dəyişib.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
 

***

Saat 00:16

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada xəstəxanaya yerləşdirilib,vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5235
avatar

Oxşar yazılar