Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın xəbərinə görə, 1986-cı il təvəllüdlü Nəsimi Vahid oğlu İsmayılov atası Vahid Rəşid oğlu İsmayılova məxsus etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən 1986-cı il təvəllüdlü piyada Elmir Elman oğlunu İsmayılov vurub.
Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.