Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, 53 yaşlı H.Məmmədov “Opel ” markalı avtomobili ilə şəhərdə hərəkətdə olarkən qəfildən infarkt keçirib. O, idarəetməni itirərək avtomobili yol kənarındakı dəmir ara kəsməyə çırpıb.
Hadisə nəticəsində sürücü həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.