Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin meyitinin çirkab su ilə dolu çuxurdan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Lent.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.