Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 6 yaşlı A.Əlizadə yolu qarşı tərəfə keçmək istəyən zaman hərəkətdə olan avtomobil onu vurub.
O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğunu bildirilir.
Faktla bağlı araşdırma aparılır.