Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə 1-ci mikrayon bina 6A, mənzil 7 ünvanında 7 baş verib.
2004-cü il təvəllüdlü Aysun Xudaverdizadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Pasientə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 18 yaşlı qız yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.