Moskvada sərxoş həvəskar xokkeyçi kafedə polisi dişləyib.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, “Maryinski Kabançiki” və “Metallurq” komandalarının hücumçusu 27 yaşlı Artyom Melkumov hesabı ödəməkdən imtina edib. Belə olduğu halda kafe işçiləri məcbur qalıb polis çağırıblar.
Ancaq polisin gəlməsinə baxmayaraq, idmançı yenə də səs-küy salmağa başlayıb və polisin əlindən tutaraq oynamağa çalışıb. Bu zaman polis onun əlini qandallamağa başlayanda Melkumov 26 yaşlı serjantın barmağını dişləyib. Polis xəstəxanaya aparılıb.
Xokkeyçiyə qarşı hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq edilməsi ilə bağlı cinayət işi başlanıb.