Saatlı rayon Polis Şöbəsinin əməkdaşları rayonun Fətəlikənd kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları çayxananın fəaliyyətini dayandırıb, obyektin icarədarı O.Kikinadze və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.