Fizulidə 3 avtomobil toqquşdu: ölənlər var
19 iyun 2021 13:22 (UTC +04:00)

Fizulidə 3 avtomobil toqquşdu: ölənlər var

0

Füzulidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayonun Qayıdış-1 qəsəbəsi ərazisində Böyük Bəhmənli kənd sakini Asim Hüseynovun idarə etdiyi “QAZel”, Beyləqan rayon sakinləri C.Camalovun idarə etdiyi “VAZ-21154” və V.Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. 

Qəza nəticəsində A.Hüseynov və sərnişini Səxavət Səfixanov hadisə yerində ölüb, digər sürücülər və 4 sərnişin xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1807

Oxşar yazılar