Ferma sahibinin iddialarına DİN-dən  REAKSİYA
26 iyun 2021 16:16 (UTC +04:00)

Ferma sahibinin iddialarına DİN-dən REAKSİYA

Daxili İşlər Nazirliyi vətəndaşın Sabirabad rayon Polis Şöbəsi barədə iddialarına cavab verib.

Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov məlumat verib. 

"Vətəndaş Məhəmməd Əliyev ona məxsus fermadan edilən oğurluq hadisəsi ilə bağlı Sabirabad rayon Polis Şöbəsi barədə etdiyi narazılığa cavab olaraq bildirmək istəyirəm ki, zərərçəkmiş M.Əliyev şöbəyə müraciət edərək, bu il may ayının 27-də fermadan xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat verib:

Şöbə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Salyan rayon sakini Tufan Bayramov və Gəncə şəhər sakini Vilayət İsrafilov tutularaq məsuliyyətə cəlb olunublar. Dindirilmə zamanı həmin şəxslər oğurluq yolu ilə ələ keçirdikləri heyvanları Gəncə şəhəri ərazisində yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.
Faktla bağlı Tufan Bayramov və Vilayət İsrafilov barəsində rayon Polis Şönəsinin İstintaq Bölməsində açılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir, zərərçəkmişə məxsus heyvanların yerlərinin təyin olunması və geri qaytarılması istiqamətində tədbirlər görülür".

Qeyd edək ki, bəzi KİV-də Sabirabadda Neftçala rayon sakini Məhəmməd Əliyevə məxsus fermadan 178 baş qoyun oğurlayan şəxslərin saxlanıldığı, lakin vətəndaşa dəyən ziyanın ödənilmədiyi barədə məlumatlar dərc olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2110

Oxşar yazılar

Maşın yüksək sürətlə gəlib 8 yaşlı qıza ÇARPILDI  -VİDEO

Maşın yüksək sürətlə gəlib 8 yaşlı qıza ÇARPILDI -VİDEO

31 mart 2025 , 11:26
Polisdən ƏMƏLİYYAT:  İran vətəndaşları saxlanıldı

Polisdən ƏMƏLİYYAT: İran vətəndaşları saxlanıldı

31 mart 2025 , 11:15
Şəkidə piyada yolda CAN VERDİ

Şəkidə piyada yolda CAN VERDİ

31 mart 2025 , 10:03
Gəncədə 76 yaşlı kişini  maşın vurub öldürdü

Gəncədə 76 yaşlı kişini maşın vurub öldürdü

31 mart 2025 , 00:28
Gəncədə yeniyetmə dəm qazından  zəhərləndi

Gəncədə yeniyetmə dəm qazından zəhərləndi

30 mart 2025 , 22:01
Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı

30 mart 2025 , 19:44
Bakıda binada yanğın-VİDEO

Bakıda binada yanğın-VİDEO

30 mart 2025 , 19:01
Ucarda qəza: Bir ailənin  3 üzvü   yaralandı -YENİLƏNİB

Ucarda qəza: Bir ailənin 3 üzvü yaralandı -YENİLƏNİB

30 mart 2025 , 18:45