Fazil Mustafaya qarşı sui-qəsd terror aktıdır - DTX
29 mart 2023 01:05 (UTC +04:00)

Fazil Mustafaya qarşı sui-qəsd terror aktıdır - DTX

28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilmişdir.

DTX-dan Lent.az-a bildirilib ki, terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdır. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

# 3534
avatar

Oxşar yazılar

Naxçıvanda gənc oğlan özünü yandırdı

Naxçıvanda gənc oğlan özünü yandırdı

8 iyun 2023 , 09:58
Bakıda azyaşlı oğlan itkin düşdü

Bakıda azyaşlı oğlan itkin düşdü

8 iyun 2023 , 09:35
Belarusda saxlanılan azərbaycanlı ölkəyə gətirildi - FOTO

Belarusda saxlanılan azərbaycanlı ölkəyə gətirildi - FOTO

8 iyun 2023 , 09:18
Azərbaycanda əri ölən qadın  özünü tualetdə asdı

Azərbaycanda əri ölən qadın özünü tualetdə asdı

8 iyun 2023 , 09:16
Bakıda sıxlıq olan yollar - SİYAHI

Bakıda sıxlıq olan yollar - SİYAHI

8 iyun 2023 , 08:45
Keçmiş məhkumdan tapança götürüldü-FOTO

Keçmiş məhkumdan tapança götürüldü-FOTO

8 iyun 2023 , 08:34
Bakı sakininin meyiti Gədəbəydə tapıldı

Bakı sakininin meyiti Gədəbəydə tapıldı

8 iyun 2023 , 08:18
2 avtomobil toqquşdu, maşınlar... -FOTO

2 avtomobil toqquşdu, maşınlar...-FOTO

8 iyun 2023 , 02:25