Səbail RPİ-nin 9-cu Polis Bölməsinə aprelin 26-da M.İbrahimov küçəsindəki evlərin birindən ev sahibəsinə məxsus bank kartının oğurlanması və hesabındakı 1200 manatın çıxarılaraq oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Namiq Quliyev və Murad Həmidov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.