Evinin  həyətində əkdiyi bitkiyə görə tutuldu
26 iyun 2021 09:41 (UTC +04:00)

Evinin həyətində əkdiyi bitkiyə görə tutuldu

İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Qubaxəlilli kəndində Emil Quliyevə məxsus fərdi yaşayış evində çətənə kollarının becərilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin ünvan əməliyyat nəzarətinə götürülüb və keçirilən tədbirlər nəticəsində E.Quliyev iş başında, yəni narkotik tərkibli bitkilərə qulluq edərkən saxlanılıb.

Həyətyanı sahəyə baxış keçirilən zaman oradan ümumi çəkisi 3 kiloqrama yaxın olan 25 ədəd çətənə kolu aşkarlanıb və onlar qablaşdırılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, E. Quliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2587

Oxşar yazılar

Ağsuda 27 yaşlı qadın dərmandan zəhərləndi

Ağsuda 27 yaşlı qadın dərmandan zəhərləndi

13 aprel 2025 , 20:34
Ağdamda AĞIR QƏZA:  yaralılar var -FOTOLENT

Ağdamda AĞIR QƏZA: yaralılar var -FOTOLENT

13 aprel 2025 , 18:10
Qəbələdə 53 yaşlı qadın qazdan zəhərlənib öldü

Qəbələdə 53 yaşlı qadın qazdan zəhərlənib öldü

13 aprel 2025 , 17:25
Ağdamda azyaşlını it dişlədi

Ağdamda azyaşlını it dişlədi

13 aprel 2025 , 15:33
Bakıda maşın yolda qaldı, tıxac yaratdı -FOTOLENT

Bakıda maşın yolda qaldı, tıxac yaratdı -FOTOLENT

13 aprel 2025 , 15:00
Bakıda kafe yandı

Bakıda kafe yandı

13 aprel 2025 , 14:36
Ucarda zəncirvari qəza:  xəsarət alanlar var -FOTOLENT

Ucarda zəncirvari qəza: xəsarət alanlar var -FOTOLENT

13 aprel 2025 , 14:30
Bakıda evdə yanğın:  1 nəfər xəsarət alıb

Bakıda evdə yanğın: 1 nəfər xəsarət alıb

13 aprel 2025 , 14:20