Moskva yaxınlığındakı Mıtişidə iki gəncin cəsədi tapılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, saat 12.00-da mənzildə 17 yaşlı Dərbənd sakini və 20 yaşlı Həştərxan sakininin meyitləri aşkar edilib. Gənclər yerə sərilmiş çarpayılarda çılpaq uzanıblar.
Onların ölüm səbəbi məlum olmasa da, qızın gecə, gəncin isə səhər saatlarında öldüyü müəyyənləşib.
İstintaq başlayıb.