Evdən 4 uşağın  meyiti tapıldı
24 noyabr 2023 10:17 (UTC +04:00)

Evdən 4 uşağın meyiti tapıldı

Rostov vilayətində dörd uşağın ölümü ilə bağlı cinayət işi açılıb.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, hadisə Krasnosulinski rayonunun Şaxtenki kəndində baş verib. 6-15 yaşlı uşaqlar dəm qazından zəhərlənərək ölüblər.

Meyiti tapılan uşaqların 6, 7, 10 və 15 yaşlarında olduğu bildirilir. Xilasedicilər bildiriblər ki, uşaqlar evdə tək qalıblar və ölümə səbəb soba tüstüsü olub.

Müstəntiqlər müəyyən ediblər ki, uşaqların cəsədlərində zorakılıqla ölüm izləri yoxdur, lakin zəhərlənmə əlamətləri aşkarlanıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4692
avatar

Oxşar yazılar