Qazaxda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Qazax rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini R.Qarayev saxlanılıb.
Araşdırma aparılır.