Oktyabrın 23-də Göygöl rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Zurnabad kənd sakini R.Məmmədov saxlanılıb.