Atəşə tutulan maşın
15 noyabr 2021 12:08 (UTC +04:00)

Atəşə tutulan maşın

Erməni TƏXRİBATI davam edir: Kəlbəcər səhərə qədər atəşə tutulub - VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb.

Bundan əlavə bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd KamAZ markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub.

Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb.

Ermənistan silahlı qüvvələrinin təxribatlarının, həmçinin döyüş mövqelərində aparılan mühəndis işlərinin qarşısını almaq məqsədilə bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən plana uyğun adekvat tədbirlər görülür.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Atəşə tutulan maşın

Ermənilər Kəlbəcərdə maşını atəşə tutdu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4852

Oxşar yazılar

Ağdərədə yanğın partlayışlara  səbəb oldu, yaralanan var

Ağdərədə yanğın partlayışlara səbəb oldu, yaralanan var

21 avqust 2025 , 18:08
Bakıda daha bir nəfər dənizdə batdı

Bakıda daha bir nəfər dənizdə batdı

21 avqust 2025 , 18:02
Siyəzəndə zəlzələ  oldu

Siyəzəndə zəlzələ oldu

21 avqust 2025 , 17:50
FTX azərbaycanlını casus adı ilə  belə həbs etdi - VİDEO

FTX azərbaycanlını casus adı ilə belə həbs etdi - VİDEO

21 avqust 2025 , 17:40
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

21 avqust 2025 , 16:31
Ağdamda gənc qadın itkin düşdü - FOTO

Ağdamda gənc qadın itkin düşdü - FOTO

21 avqust 2025 , 15:51
Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

21 avqust 2025 , 15:23
Ana qızının toyunda  infarktdan öldü

Ana qızının toyunda infarktdan öldü

21 avqust 2025 , 13:19