Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Polski rayonunda cəbhədə həlak olan hərbçinin həyat yoldaşının ürəyi dayanıb. Qadın sevgilisinin ölüm xəbərindən dərhal sonra dünyasını dəyişib.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə “Facebook”da Kamenets-Polski rayon şurasının rəhbəri Mixail Simaşkeviç məlumat verib.
O bildirib ki, dekabrın 22-də “Kameneççina”nın ukraynalı müdafiəçisi Andriy Tverdohlebin ölümü ilə bağlı xəbər yayılıb. Ertəsi gün, dekabrın 23-də həyat yoldaşı Marina Tverdokhleb ölüb. Qadının ürəyi əzizini itirdiyi üçün dayanıb.
Onların iki övladı valideynsiz qalıb.