Ərini öldürən qadının geyimi diqqət çəkdi - FOTO
06 iyul 2021 16:42 (UTC +04:00)

Ərini öldürən qadının geyimi diqqət çəkdi - FOTO

Türkiyənin Adana şəhərində qadın ərini bıçaqlayaraq öldürüb. 

Lent.az-ın ölkə mediasına istinadən xəbər verir ki, hadisə iyunun 30-da qısqanclıq zəminində baş verib. Yaranan mübahisədə 27 yaşlı İzel Erdev, iş adamı olan həyat yoldaşı 47 yaşlı Okan Erdevin sinəsinə bıçaqla xəsarət yetirib.

İ.Erdev daha sonra təcili tibbi yardıma xəbər versə də, xəstəxanaya yerləşdirilən Okan Erdevi xilas etmək mümkün olmayıb.

Cütlüyün mübahisəsinə səbəb isə qısqanclıq olub. Okan Erdev həyat yoldaşının sosial şəbəkələrə tez-tez daxil olmasını deyib və başqa şəxslərlə görüşməkdə ittiham edərək, ona hücum çəkib. Bundan sonra qadın mətbəxdən götürdüyü bıçaqla özünü müdafiə edərək həyat yoldaşına bıçaqla bir neçə dəfə xəsarət yetirib. 

İzel Erdev məhkəməyə aparılarkən, köynəyindəki ingiliscə yazılı sözlərlə diqqət çəkib. Onun köynəyində bu sözlər yazılıb:

"Sadəcə, öz həyatımı dəyişə bilərəm".

Qeyd edək ki, ailənin bir qız övladı var.

Sevinc Nurəddinova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4062
avatar

Oxşar yazılar