Ər-arvad binadan yıxıldı,  qadın öldü
13 iyun 2025 14:49 (UTC +04:00)

Ər-arvad binadan yıxıldı, qadın öldü

Rusiyanın Sankt-Peterburq şəhərində ər-arvad binadan yıxılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə şəhərin Vıborqski rayonunda, Lesnoy prospektində baş verib. 41 yaşlı kişi və onun 46 yaşlı arvadı beşinci mərtəbənin pəncərəsindən yıxılıblar. Nəticədə hər ikisi xəstəxanaya yerləşdirilib.

Həkimlər qadına bütün lazımi yardımı göstərsələr də, onu xilas edə bilməyiblər.

Məlum olub ki, yaralı kişi əvvəllər oğurluq maddəsi ilə iki dəfə məhkum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 938

Oxşar yazılar