Əmisi arvadı ilə gizli eşq yaşayan qısqanc qatil həbsdə öldü - Azərbaycanın  "Aşk-ı Memnu"nu
05 aprel 2024 11:36 (UTC +04:00)

Əmisi arvadı ilə gizli eşq yaşayan qısqanc qatil həbsdə öldü - Azərbaycanın "Aşk-ı Memnu"nu

Bakıda daha bir məhkum həbsxanada ölüb.

Lent.az-ın xəbərinə görə, Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində saxlanılan Hüseynov Rəsul Əlövsət oğlu dünyasını dəyişib.

Onun xəstəlik səbəbilə öldüyü bildirilir.

Qeyd edək ki, həbsdə ölən Rəsul Hüseynovun ilginc həyat hekayəsi olub.

Lent.az bununla bağlı maraqlı faktlar əldə edib.

Belə ki, Rəsul Hüseynov əmisi arvadı ilə gizli eşq yaşayıbmış.

Bakının Pirallahı rayonunda yaşayan Rəsul Hüseynov 2018-ci il iyulun 17-də sevgilisi Mariya Qəhrəmanovanı qısqanclıq zəminində öldürüb. 35 yaşlı Rəsul Hüseynov məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, R.Hüseynovun onunla eyni evdə yaşayan əmisi arvadı Mariya Qəhrəmanova ilə yaxın münasibətləri olub və bu yaxınlıq 10 il gizli şəkildə davam edib.

Qaynı oğlu ilə gizli eşq yaşayan Mariya Rəsula yaxın günlərdə həbsdə olan əri Elşadın yanına uzunmüddətli görüşə gedəcəyini deyib. Bunu eşidən Rəsulun qısqanclıq hissi oyanıb. O, Mariya ilə mübahisə edib, otağın pəncərəsini sındırıb. Qadına ərinin yanına getməsinə iradını bildirib. Rəsul bununla Mariyanın görüşə gedəcəyini əngəlləyəcəyini zənn edib. Mariya israr etdikdə isə əsəblərini cilovlaya bilməyən Rəsul onu öldürmək qərarına gəlib. O, Mariyanın baş nahiyəsinə yumruqla güclü zərbə endirib. Sonra isə qollarından tutaraq onu itələyib. Qadının başı hamamın divarına çırpılıb. Aldığı xəsarətlərdən Mariya hadisə yerindəcə dünyasını dəyişib.

# 4623
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda balıqçı mağazasını POLİS BASDI:  129 bıçaq, 14 balta... - VİDEO

Bakıda balıqçı mağazasını POLİS BASDI: 129 bıçaq, 14 balta... - VİDEO

2 may 2024 , 12:03
Körpə yeməkdən sonra qusub öldü

Körpə yeməkdən sonra qusub öldü

2 may 2024 , 11:03
Bakıda kişi kanalizasiya quyusuna  düşüb öldü

Bakıda kişi kanalizasiya quyusuna düşüb öldü

2 may 2024 , 09:57
Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

2 may 2024 , 09:23
Şamaxıda DƏHŞƏT:  kafenin həyətində özünü asdı

Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı

2 may 2024 , 09:20
Bakıda ev yandı, ölən var

Bakıda ev yandı, ölən var

2 may 2024 , 09:11
Neftçilər prospekti bağlandı

Neftçilər prospekti bağlandı

2 may 2024 , 08:07
Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var  - FOTO

Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var - FOTO

2 may 2024 , 03:30