“Embawood”  məhkəməyə verildi
14 iyul 2021 11:07 (UTC +04:00)

“Embawood” məhkəməyə verildi

Məşhur “Embawood” mebel mağazalar şəbəkəsi məhkəməyə verilib.

Lent.az-ın məlumatına görə, adı çəkilən şəbəkə gömrük qaydalarını pozub. Buna görə də, “Embawood” barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Tərtib olunan protokol baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. İş hakim Hüseyn Səfərovun icraatına verilib.

Həmin maddə əsasında “Embawood”u 1500 manat cərimə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1647
avatar

Mehman Nəbiyev

Oxşar yazılar