İctimai fəal Elşən Kərimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Lent.az-ın verdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı Orxan Kəngərli ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil Zibeydə Sadıqova müdafiə çıxışı edərək müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Təqsirləndirilən şəxs son söz dedikdən sonra məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.
Müşavirədən qayıdan məhkəmə hökmü elan edib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.