Rəşid Allahverdizadə
18 oktyabr 2021 10:31 (UTC +04:00)

Rəşid Allahverdizadə

Əlillik düzəldəcəm deyib 17 min pul aldı - FOTO

Qaxda dələduzluq edən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Qax rayon Polis Şöbəsinə müraciət edən vətəndaşlar Rəşid adlı şəxsin guya onlara əlillik dərəcələri təyin etdirəcəyini vəd edərək aldatdığını və ümumilikdə 17000 manata yaxın pullarını ələ keçirdiyini bildiriblər.

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən, rayonun Şotavar kənd sakini Rəşid Allahverdizadə saxlanılıb.

Faktla bağlı Qax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

R.Allahverdizadənin respublikanın digər şəhər və rayonlarında da oxşar cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Qax rayon Polis Şöbəsinə müraciət etmələri və ya (024)255-23-52 şəhər nömrəsi, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4216

Oxşar yazılar

Həbsxanaya yağ qutusunda  narkotik gətirdilər

Həbsxanaya yağ qutusunda narkotik gətirdilər

21 may 2025 , 11:08
Mayamidə azərbaycanlı  suda boğulub öldü

Mayamidə azərbaycanlı suda boğulub öldü

21 may 2025 , 10:49
Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

21 may 2025 , 10:42
Bakıda qadını zorla qaçırdılar:  həbs edilən var -VİDEO

Bakıda qadını zorla qaçırdılar: həbs edilən var -VİDEO

21 may 2025 , 10:14
Mingəçevirdə evdən meyit tapıldı

Mingəçevirdə evdən meyit tapıldı

21 may 2025 , 10:14
Kartlardan 7 min manatdan  çox pul oğurlandı

Kartlardan 7 min manatdan çox pul oğurlandı

21 may 2025 , 10:05
Sabirabadda körpə ölü doğuldu

Sabirabadda körpə ölü doğuldu

21 may 2025 , 09:58
Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

21 may 2025 , 09:52