Elariz Məmmədoğlunun kürəkəni MƏHKƏMƏ QARŞISINDA  - 4 milyonluq dələduzluq
13 yanvar 2025 18:07 (UTC +04:00)

Elariz Məmmədoğlunun kürəkəni MƏHKƏMƏ QARŞISINDA - 4 milyonluq dələduzluq

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.

Vəkil işin baxışa verilməməsini və prokurorluğa qaytarılmasını istəyib. Bildirib ki, istintaqda pozuntulara yol verilib: “İstintaq zamanı Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulub. Cinayət işi nömrələnməyib, müvəkkilim işlə tanış edilməyib. Bu, pozuntudur. İşin yenidən prokurorluğa qaytarılmasını xahiş edirəm”.

Dövlət ittihamçısı isə bildirib ki, sadalanan nüanslar işin prokurorluğa qaytarılması üçün əsas deyil. Prokuror cinayət işinin baxışa verilməsini təklif edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası yanvarın 27-nə təyin olunub.

Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

Təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2323

Oxşar yazılar

Şəkidə məhkum öldü

Şəkidə məhkum öldü

18 aprel 2025 , 09:54
Bir günə kartlardan 51 min manatdan çox  pul oğurlandı

Bir günə kartlardan 51 min manatdan çox pul oğurlandı

18 aprel 2025 , 09:41
Bakıda maşın 82 yaşlı kişini vurub öldürdü

Bakıda maşın 82 yaşlı kişini vurub öldürdü

18 aprel 2025 , 09:37
DTX-nın saxladığı hakerin məhkəməsi  keçirildi

DTX-nın saxladığı hakerin məhkəməsi keçirildi

18 aprel 2025 , 09:10
Universitetdə ATIŞMA:  5 nəfər öldü-VİDEO

Universitetdə ATIŞMA: 5 nəfər öldü-VİDEO

17 aprel 2025 , 22:57
Astarada tanınmış bərbər  özünü asdı

Astarada tanınmış bərbər özünü asdı

17 aprel 2025 , 20:17
Kişi cinsi əlaqədən sonra  irada görə qadını   öldürdü

Kişi cinsi əlaqədən sonra irada görə qadını öldürdü

17 aprel 2025 , 19:59
Lənkəranda qadın "Chevrolet"i kanala aşırdı  və...

Lənkəranda qadın "Chevrolet"i kanala aşırdı və...

17 aprel 2025 , 19:52