Ucar sakini ehtiyatsızlıqdan qardaşı oğlunu öldürüb
28 may 2022 18:22 (UTC +04:00)

Ucar sakini ehtiyatsızlıqdan qardaşı oğlunu öldürüb

Ehtiyatsızlıqdan qardaşı oğlunu öldürdü - AZƏRBAYCANDA

Ucar sakini ehtiyatsızlıqdan qardaşı oğlunun ölümünə səbəb olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında rayonun Məlikballı kəndində baş verib.

Məlikballı-Qazıqumlaq avtomobil yolunda, 1987-ci il təvəllüdlü Vüsal Kamil oğlu Məmmədovun idarə etdiyi avtomobilin yanacağı qurtarıb. Əmisi, Xəqani Gülməmməd oğlu Məmmədov qardaşı oğluna yardım etmək məqsədi ilə idarə etdiyi "VAZ" markalı avtomobili arxaya verərkən ehtiyatsızlıq nəticəsində Vüsal Məmmədov iki avtomobilin arasında qalıb. Ağır xəsarət alan zərərçəkən Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Vüsal Məmmədovun vəziyyəti ağır olduğundan o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 3066
avatar

Nigar Namiq

Oxşar yazılar