Ehsan Zahidov: “Bəziləri sürücülərin hərəkətindən öz məqsədləri üçün istifadə etməyə çalışırlar”
17 fevral 2022 22:27 (UTC +04:00)

Ehsan Zahidov: “Bəziləri sürücülərin hərəkətindən öz məqsədləri üçün istifadə etməyə çalışırlar”

Hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbər Nəriman Rayon Polis İdarəsinin ərazisində polislər tərəfindən şiddətə məruz qaldıqlarını iddia ediblər.

Lent.az-ın sorğusuna cavab olaraq DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib: “Onlar Nəriman Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, onlara xəbərdarlıq edilib ki, çəkiliş etməsinlər. Orada heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı.

Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1587
avatar

Mehman Nəbiyev

Oxşar yazılar