“Ədilin ailəsi ilə düşmənçiliyi var idi” – Öldürülən kürəkənin MƏHKƏMƏSİ
06 yanvar 2026 15:18 (UTC +04:00)

“Ədilin ailəsi ilə düşmənçiliyi var idi” – Öldürülən kürəkənin MƏHKƏMƏSİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə Bakıda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə  prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid kimi dindirilən F. M hadisə baş verən gün evdə olduğunu bildirib:

"Mən evdən xəbərsiz çıxıb dükana getdiyimə görə dava oldu. Babam əsəbiləşib üstümə qışqırdı. Ara qarışdı, mən Ədili evdən itələyib çıxardım, çıxıb getməsini deyərək qovdum. Ədil əvvəllər mənə zorakılıq etdiyinə, pis davrandığına görə, anamla onun mübahisəsi olmuşdu. Anamdan əvvəl gizlətmişdim, amma sonra xəbər tutub onu şillələyib evdən qovdu. Sonra uşaqlarının xatirinə barışdılar. Ondan sonra mən dayımgildə yaşamağa başladım, arada evə gedib anamı görüb qayıdırdım. Mən özüm hadisəni görməmişəm. Babam və anamın Ədilin ölümündə təqsiri yoxdur, onların əlində bıçaq olmayıb. Ədilin  öz ailəsi ilə düşmənçiliyi var idi".

Növbəti proses 3 fevral 14:30-a təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə 2025-ci il  aprelin 21-də 37 yaşlı Ədil Məhərrəmovun Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə sonuncunun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 696

Oxşar yazılar