Dürdanə Əliyevaya HÖKM OXUNDU:  Məhkəmə zalında həbs
20 noyabr 2023 10:03 (UTC +04:00)

Dürdanə Əliyevaya HÖKM OXUNDU: Məhkəmə zalında həbs

Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Dürdanə Əliyeva 6 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, prokuror D.Əliyevanın ittiham olunduğu maddələrlə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında dərhal həbs edilməsini tələb edib.

Xatırladaq ki, D. Əliyevanın məhkəməsi 2 ildir davam edir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 311.1 (rüşvət alma) və 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsilhaqqı ödənişləri adı altında 226 min manat pul alıb.

D.Əliyeva özünü təqsirli bilməyib, tələbələrdən alınan pulu universitetin o vaxtkı rektoru Nurlana Əliyevaya verdiyini deyib. N.Əliyeva isə məhkəmədə bütün qanunsuzluqlarda D.Əliyevanı ittiham edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4824
avatar

Fidan İlqar

Oxşar yazılar