Dünənki yol qəzalarında 4 nəfər ölüb
14 iyun 2023 09:26 (UTC +04:00)

Dünənki yol qəzalarında 4 nəfər ölüb

İyunun 13-də ölkədə qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 106, o cümlədən borclu şəxs qismində axtarışda olan 86 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1191
avatar

Oxşar yazılar