Dubaydan Rusiyaya külli miqdarda valyuta gətirən azərbaycanlı saxlanılıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Moskvanın Şeremetyevo aeroportunda saxlanılan Azərbaycan vətəndaşının çantasından 2 milyon dollar tapılıb.
Məlumata görə, gömrük yoxlamasından keçən Azərbaycan vətəndaşının həyəcanlı olması nəzarətçilərdə şübhə oyadıb. Onun çantasına baxış keçirilərkən ordan 2 milyon dolların olduğu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.