Dövlətə xəyanətdə ittiham olunanlara hökm oxundu
09 yanvar 2025 18:46 (UTC +04:00)

Dövlətə xəyanətdə ittiham olunanlara hökm oxundu

Dövlətə xəyanətdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın xəbərinə görə, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Hicran Həsənov 18 il, Nadim Mehdiyev 16 il 6 ay, Şəmsi Qasımov 15 il, Dağıstan Hüseynov 9 il, Elməddin Ağayev 7 il, Ağasif Ağayev 7 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, dövlət ittihamçısı Hicran Həsənovun 19 il, Nadim Mehdiyevin 15 il, Şəmsi Qasımovun 17 il, Dağıstan Hüseynovun 9 il, Elməddin Ağayevin 8 il, Ağasif Ağayevin 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807
avatar

Oxşar yazılar