4 nəfərin öldüyü yol qəzası
14 iyun 2021 19:38 (UTC +04:00)

4 nəfərin öldüyü yol qəzası

Dörd nəfərin ölümünə səbəb olan Elşad barədə YENİ XƏBƏR: klub prezidenti imiş...-YENİLƏNİB

Ötən gecə Novxanı-Sumqayıt yolunda 4 nəfərin ölümünə səbəb olan ağır avtomobil qəzası baş verib.

Lent.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, “Range Rover” markalı 10 CO 002 dövlət nömrə nişanlı avtomobili ilə qəzaya səbəb olan “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyevlə bağlı bəzi məlumatları əldə edib.

Belə ki, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışan E.Kəlbəliyev “Əlincə” futbol klubunun prezidenti olub. Maraqlıdır ki, 2010-cu ildə yaradılan, ötən il isə fəaliyyətini dayandıran sözügedən klubun təsisçi də Kəlbəliyevin qayınatası, “Bağçalı Evlər” MTK-nın rəhbəri Məhərrəm Novruzov olub.

Qeyd edək ki, E.Kəlbəliyev qəzanı törədən zaman sərxoş olub. O, hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.

 



 

Saat 12:26

 

Bakıda 4 nəfərin ölümünə səbəb olan “Range-Rover”in sürücüsü həbs edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-a açıqlamasında bildirilib ki, araşdırmaların yekununda müəyyən edilib ki, qəza törədən “Range Rover”in sükanı arxasında Elşad Kərbalayev olub. Sərxoş vəziyyətdə qəza törədən həmin sürücü artıq həbs edilib.

***

saat 11:21

Bakıda ötən gecə “Range-Rover” markalı avtomobilin qəza törədərək 4 nəfəri öldürməsi barədə mətbuatda məlumat verilib. Həmin məlumatlarda qəza törədən sürücünün “Qurtuluş-93” MMC-nin rəhbəri, iş adamı Məhərrəm Ağayevin kürəkəni olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, qəza törədən maşının sahibi Elşad Kərbalayevdir. İlkin olaraq onun sükan arxasında olmadığı, maşında sərnişin qismində oturduğu bildirilirdi. 

Yol-nəqliyyat hadisəsi gecə saat 1 radələrində Novxanı bağlar sahəsində baş verib. “Range-Rover” markalı avtomobil və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobil toqquşub. Nəticədə “Daewoo Damas”ın sürücüsü və sərnişinləri paytaxt sakinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

Onu da bildirək ki, Elşad Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri, iş adamı Məhərrəm Ağayevin kürəkənidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17685
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45