Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşları "Polis Günü" münasibəti ilə təltif olunublar.
Lent.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən fəxri fərmanla təltif olunub.
Nazirin digər əmri ilə Mətbuat Xidmətinin inspektoru Anar Qafarova növbədənkənar polis mayoru rütbəsi verilib.
Bundan başqa, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov əla xidmətlərə görə döş nişanı ilə təltif olunub.
Həmçinin, Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyevə “Təşəkkür” elan edilib.