DİN əməliyyat keçirdi: 4 kilodan çox narkotik  aşkar edildi
29 mart 2023 11:47 (UTC +04:00)

DİN əməliyyat keçirdi: 4 kilodan çox narkotik aşkar edildi

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Natiq Əlizadə Sumqayıtçay dəmir yolu stansiyası ərazisində saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ondan 1 kiloqram 431 qramdan artıq heroin, 1 kiloqram 415 qram marixuana və 44 qramdan çox metamfetamin aşkar olunaraq götürülüb. 

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Digah qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nazim Salmanovdan isə 1 kiloqram 100 qram marixuana götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

# 1188
avatar

Arzu Qurbanlı

Oxşar yazılar