Leninqrad vilayətində dəhşətli bir qəza baş verib.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, nəticədə məşhur avtomobil yarışı sürücüsü İvan Kurenbin və motosiklet yarışçısı Tatyana İquşina diri-diri yanıblar.
Faciə saat 22 radələrində baş verib. Porshe 911 Turbo bir xəndəyə uçub. Sonra maşın alışıb. Sürücü və sərnişin tanınmaz halda yanıblar.
36 yaşlı Kurenbin müxtəlif yarışlarda iştirak edib. 32 yaşlı İnquşina qadın motosikletçilərin yarışlarının iştirakçısı kimi tanınırdı.
İvan Kurenbin Sankt-Peterburqun məşhur sovet fiqurlu konkisürəni, üç dəfə SSRİ çempionatlarının gümüş mükafatçısı, iş adamı və antik əşyalar kolleksioneri Vladimir Kurenbinin ailəsində anadan olub. Yarışçının anası art-otelin sahibi, bacısı stilistdir. Mərhumun özü də ticarətlə məşğul olub, memarlıq və sənət studiyasına rəhbərlik edib və Saray meydanı yaxınlığında bir otelə sahib olub.