DƏHŞƏT : İki yaşlı qız 40 dənə həb yedi
27 fevral 2023 13:38 (UTC +04:00)

DƏHŞƏT: İki yaşlı qız 40 dənə həb yedi

Sankt-Peterburqda iki yaşlı qız 40-a yaxın müxtəlif dərman tableti yeyib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə uşaq təcili xəstəxanaya aparılıb. 

Hadisə fevralın 25-də axşam saatlarında Nevski rayonunun Dıbenko küçəsində baş verib. Evlərdən birinin mənzilindən iki yaşlı Tacikistan vətəndaşı piridoksin və maqnezium B6 ilə kəskin ağızdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Uşaq xəstəxanaya çatdırılıb, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, uşaq 33 yaşlı anası və 37 yaşlı atası ilə yaşayır. 

# 1566
avatar

Fidan İlqar

Oxşar yazılar