Daxili işlər nazirinin müavininin oğluna hökm oxundu
06 may 2024 13:55 (UTC +04:00)

Daxili işlər nazirinin müavininin oğluna hökm oxundu

Samara şəhərinin Kirov rayon Məhkəməsi Rusiya daxili işlər nazirinin müavini İqor Zubovun oğlu Denis Zubovu rüşvətxorluqda vasitəçilik etdiyinə görə 7 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məhkum eyni zmanada Həmçinin, məhkum birdəfəlik rüşvət məbləğində cərimə ödəməlidir - 18 milyon rubl (200 min dollara yaxın) cərimə ödəməlidir.

İşdə iştirak edən digər şəxs, “Şəhərlərarası birlik” məhdud məsuliyyətli cəmiyyətinin keçmiş rəhbəri Vasili Yermakov rüşvət verdiyinə görə 8 ili ciddi rejimli koloniyada keçirəcək. O, həmçinin 36 milyon rubl cərimə ödəyəcək. “Dinamo-Samara” futbol klubunun keçmiş prezidenti İqor Karpov da eyni iş üzrə rüşvətxorluqda vasitəçilik etdiyi üçün 7 il müddətinə azadlıqdan məhrum edilib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Samara vilayəti üzrə idarəsinin əməkdaşları hər üç şəxsi 2022-ci ilin fevralında saxlayıblar. İstintaqın müəyyən etdiyi kimi, onlar yanacaq alveri ilə məşğul olan "İstehlak mallarının sənayelərarası birliyi" sektorlararası assosiasiyasının maraqları naminə əlbir olub və rüşvəti gizli işləyən hüquq-mühafizə orqanının əməkdaşına veriblər. Pul şirkətin işi zamanı himayədarlıq üçün nəzərdə tutulub. İş Rusiya İstintaq Komitəsinin Mərkəzi İdarəsi tərəfindən araşdırılıb.


 

# 2196
avatar

Oxşar yazılar