Şəmkir Rayon Polis Şöbəsinə oktyabrın 29-da saat 17 radələrində rayon sakini M.Musayevin münaqişə zəminində tüfəngdən havaya atəş açması barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
M.Musayev saxlanılıb, ondan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülübdür.
Faktla bağlı araşdırma aparılır.