Bakı şəhəri 182 nömrəli məktəbin müəllimi vəfat edib.
Məktəbdən Lent.az-a verilən məlumata görə, Səbirə Səlimova bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Bildirilir ki, o, iki həftə əvvəl koronavirusa yoluxubmuş.
Qeyd edək ki, Səbirə Səlimova ibtidai sinif müəllimi olub.