Ryazandakı N.A. Semaşko adına vilayət xəstəxanasında yanğın nəticəsində reanimasiya şöbəsində 3 nəfər həyatını itirib.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyixəbərə görə, daha 35 nəfər evakuasiya olunub.
Hadisənin koronavirusa yoluxan xəstələrin müalicə olunduğu klinikanın reanimasiya şöbəsində baş verdiyi bildirilir.
Yanğının söndürülməsinə cəhd edən 2 tibb bacısı da xəsarət alıb. Onlardan birinin bədəninin 75 faizi yanıb.