Türk PA: Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i şiddətlə qınayırıq
04 aprel 2020 11:05 (UTC +04:00)

Türk PA: Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i şiddətlə qınayırıq


“Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i şiddətlə qınayırıq”.

APA-nın xəbərinə görə, bu barədə Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"lə bağlı yaydığı bəyanatda qeyd olunub.

“Türk PA beynəlxalq hüquq norma və prinsiplərinin hər hansı qaydada pozulmasını, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xələl gətirən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkilər"i şiddətlə qınayır.

Türk PA, bəyannamələrində dəfələrlə təsbit edildiyi kimi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllində qətiyyətli şəkildə dəstəyini bir daha vurğulayır”, - deyə bəyanatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688
avatar

Oxşar yazılar