Bakıda ağır yol qəzası: 3 hissəyə bölündü, ölən və yaralananlar var - FOTO - VİDEO
03 mart 2020 01:20 (UTC +04:00)

Bakıda ağır yol qəzası: 3 hissəyə bölündü, ölən və yaralananlar var - FOTO - VİDEO

0


 

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub, iki nəfər ölüb, iki nəfər yaralanıb.

APA xəbər verir ki, Ziya Bünyadov prospektində “Tofaş” markalı avtomobil “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb. 

Zərbənin gücündən “Tofaş” üç hissəyə ayrılıb, “Hyundai” isə işıq dirəyinə çırpılıb. Qəza nəticəsində iki nəfər hadisə yerində ölüb, iki nəfər isə ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib. Yol Patrul Xidmətinin əməkdaşlarının verdiyi ilkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6109

Oxşar yazılar