Azərbaycanda faciə: ata oğlunu niyə öldürdü? - Qızı DANIŞDI - YENİLƏNİB
12 fevral 2020 18:55 (UTC +04:00)

Azərbaycanda faciə: ata oğlunu niyə öldürdü? - Qızı DANIŞDI - YENİLƏNİB

 

 

Ağcabədi rayonu, Təzəkənd kəndində atası tərəfindən öldürülən oğlanın hadisə ilə bağlı açıqlama verib.

Valeh Cəfərovun qızı Afət Cəfərova Lent.az-a açıqlamasında deyib: “Atam qardaşımı öldürməsəydi o, bizim hamımızı öldürəcəkdi. Qardaşım Tural 20 ildir bizə əziyyət verirdi. İçkiyə qurşandıqdan sonra həyatımız dözülməz hala çatdı. Dəfələrlə atamın əynindəki paltarı soyundurub evdən çıxardırdı. Sonuncu dəfə bizi hədələdi, qaçdıq atam evdə qaldı. Biz gələndə, artıq atam Turalı öldürmüşdü”.

***

14:33

Ağcabədidə törədilən qətlin təfərrütları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağcabədi rayonunun Təzəkənd kəndində qeydə alınıb. 1962-ci il təvəllüdlü Cəfərov Valeh Saleh oğlu, 30 yaşlı oğlu Cəfərov Tural Valeh oğlunu öldürüb. Atanın övladını öldürməsinə səbəb isə T.Cəfərovun tüfeyli həyat tərzi sürməsi, bacılarını və anasını mütəmadi döyməsi olub.  

Təzəkənd kənd icra nümayəndəsi Rizvan Şıxəliyev APA-ya açıqlamasında bildirib ki, T. Cəfərov əvvəllər həbs həyatı yaşayıb. Həbsdən çıxdıqdan sonra isə xuliqanlıq əməlinə görə dəfələrlə saxlanılıb: “Tural Cəfərov həbsdən çıxdıqdan sonra bacılarını, anasını döyürdü. Tüfeyli həyat tərzi keçirirdi. Atası Valeh Cəfərov Əsəb Dispanserində qeydiyyatdadır. Hadisə baş verən gün Tural içkili vəziyyətdə evə gəlib, bacılarını döyüb, qızlar evdən qaçdıqdan sonra anasını döyüb. Anası qonşularının evində gizlənib. Atası ilə mübahisə etdikdən sonra onu döyməyə çalışıb. Bu zaman atası əlinə keçən dəhrə ilə onu vuraraq öldürüb”.

R. Şıxəliyev onu da bildirib ki, hadisə ilə bağlı kənd ağsaqqalları hüquq-mühafizə orqanlarına müraciət edərək V. Cəfərovun məsuliyyətə cəlb olunmamasını istəyirlər.   

Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

***

saat 12:50


Ağcabədidə qətl törədilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 11-də saat 7 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun evində münaqişə zəminində oğlu Turalı qətlə yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb.

Faktla bağlı Rayon prokurorluğu tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4830
avatar

Mehman Nəbiyev

Oxşar yazılar