Masallıda mağazaya basqın edilib.
Lent.az-ın məlumatına görə, hadisə martın 12-də saat 14 radələrində şəhərdəki “Köhnə bazar” adlanan ərazidə yerləşən mağazalardan birində baş verib. Mağaza sahibi Masallı sakini Qasımov Rəşad Qasım oğlu Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, əvvəllər tanıdığı 31 yaşlı Şahverdiyev Rəşad Sədyar oğlu balta ilə mağazaya daxil olub. O, əlindəki balta ilə R.Qasımovun sol qoluna xəsarət yetirərək kassadan 11.700 manat nağd pulu götürüb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə cinayət işi başlanıb.