Türkiyədə bir kişi bahalı "cip"i ilə 13 maşına çırpılıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib.
Baş verən hadisədə sərxoş olduğu iddia edilən Ayhan adlı şəxs saat 04:45 radələrində 34 UN 5371 dövlət nömrə nişanlı "cip"i ilə əvvəlcə səkiyə çıxıb, sonra 3 ayrı küçədə dayanmış 13 avtomobili vurub.
Hadisədən sonra məhəllə sakinləri təşviş içində küçəyə düşüb. Hadisə yerinə polis və təcili yardım qrupu göndərilib.