Cəlilabadda çörək daşıyan "Ford" qəzaya düşdü,  ölən var -YENİLƏNİB
05 fevral 2023 09:47 (UTC +04:00)

Cəlilabadda çörək daşıyan "Ford" qəzaya düşdü, ölən var-YENİLƏNİB

Fevralın 5-də Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində rayon sakini E.Əhmədovun idarə etdiyi "MAZ" markalı avtomobillə qarşıdan gələn "Ford" markalı avtomobil toqquşub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, nəticədə "Ford" markalı avtomobilin sürücüsü İ.Quliyev xəsarət alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sərnişin N.Məmmədov isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır

***

saat 08.55

Cəlilabadda ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.

"MAZ" markalı avtomobillə çörək daşıyan "Qazel" markalı avtomobil toqquşub.

Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarətlər alıb.

Hazırda onların kimliyi və hadisənin səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

# 4194
avatar

Oxşar yazılar