İranla sərhəddən külli miqdarda narkotik tapılıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə yanvarın 20-də saat 18:35-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib. Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilmiş 2 ədəd bağlamada, ümumi çəkisi 13 kiloqram 130 qram narkotik vasitə (9 kq 880 qram “marixuana”, 3 kq 250 qram “tiryək” və 2000 ədəd “metadon M-40” psixotrop həbləri) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.