Bulvarda bir nəfər özünü dənizə atdı
18 iyun 2021 09:38 (UTC +04:00)

Bulvarda bir nəfər özünü dənizə atdı

Sumqayıtda intihara cəhd hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt Dənizkənarı Bulvarında 1 nəfər özünü dənizə atıb. Bu barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719
avatar

Mehman Nəbiyev

Oxşar yazılar